Yaponiyanın Kansai Electric Power operatoru Fukui prefekturasında ölkənin ən qədim atom elektrik stansiyası olan "Takahama"nın ilk enerji blokunu yenidən işə salıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, bu reaktor 2011-ci ildən, “Fukusima-1” AES-də baş vermiş qəzaya görə ölkədə bütün AES-lərin fəaliyyəti dayandırıldıqdan sonra ilk dəfə olaraq yenidən işə salınıb.
"Fukusima-1"dəki qəzadan əvvəl nüvə enerjisi Yaponiyanın enerji balansının təxminən 30%-ni təşkil edirdi. Bundan müvəqqəti məcburi imtina nəticəsində ölkənin enerji təchizatında əsas yük istilik stansiyalarının üzərinə düşüb.
Hazırda Yaponiyada mövcud olan 17 atom elektrik stansiyasından 10-u qismən Yaponiyada fəaliyyət göstərir.