ABŞ birinci partiyada səkkizədək “Abrams” tankını Ukraynaya ötürmək niyyətindədir
Ucnoqta.az xəbər verir ki, bu barədə Politico mənbələrə istinadən yazıb.
"Birinci partiyaya altı-səkkiz tank daxil olacaq", - qəzet adı açıqlanmayan sənaye rəsmisi və Konqresin köməkçisindən sitat gətirib.
Ümumilikdə, nəşrin məlumatına görə, ABŞ Ukraynaya 31 tank ötürmək niyyətindədir. Həmçinin bildirilir ki, söhbət köhnə model M1A1-dən gedir.