"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi hər yeni komanda yoldaşına xatirə hədiyyələri təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Goal” nəşri Amerika komandasının futbolçusu "Deandre Yedlin"ə istinadən xəbər verir.
Forvard partnyorlara “Beats by Dre” şirkətindən “İnter Mayami”nin rənglərində hazırlanmış qulaqlıqlar hədiyyə edib.
Messi iyulun 22-də "İnter Mayami"də debüt edib və Amerika komandasının heyətində ilk qolunu vurub.