Filippində "Doksuri" tropik qasırğası nəticəsində ölənlərin sayı 13-ə çatıb
Ucnoqta.az xəbər verir ki, bu barədə GMA News telekanalı məlumat yayıb. Məlumata görə, 20 nəfər itkin düşüb.
Daha əvvəl altı nəfərin öldüyü haqqında məlumat verilmişdi. Fırtınanın nəticələri əsasən Filippin arxipelaqının ən böyük adasına - Luzona təsir edib. Meteoroloji proqnozlara görə, dünəndən etibarən Filippində tropik siklonun intensivliyi tədricən azalır.