Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın cənubuna işgüzar səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının aparatı məlumat yayıb.
Bildirilir ki, Zelenski cümə axşamı Nikolayev və Odessa vilayətlərinə səfər edib. İyulun 27-də Ukraynada ilk dəfə qeyd olunan tibb işçisi günü münasibətilə Nikolayev, Odessa və Oçakov şəhərlərinin tibb müəssisələrində olub.
Bundan əlavə, Zelenski Odessadakı Transfiqurasiya kafedralını ziyarət edib.