Ruanda qoşunları Konqo Demokratik Respublikası (KDR) ilə sərhədi keçərək onun ərazisinə daxil olublar.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” KDR Silahlı Qüvvələrinin komandanlığının bəyanatına istinadən məlumat yayıb.
Ruanda bölmələrinin KDR təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum etdiyi iddia edilir. Sərhədi keçən hərbçilərin sayı açıqlanmır, toqquşmalar zamanı mümkün itkilər barədə də məlumat yoxdur.
İki qonşu ölkə arasında münasibətlər 2021-ci ilin yanvarında, “23 Mart Hərəkatı” üsyançı qruplaşması KDR-nin şərqində aktiv döyüşlərə başladığı zaman kəskinləşib. Konqo hakimiyyəti Ruandanı bu üsyançıları dəstəkləməkdə ittiham edir.