"Əl-Hilal" Mbappeyə əvəzləyici tapıb

22:45 - 27 İyul 2023 - DÜNYA

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu hücumçu danışıqlardan imtina etdikdən sonra fransalı Kilian Mbappeyə əvəzləyici tapıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə L'Équipe məlumat yayıb.

Nəşrin məlumatına görə, səudiyyəlilər “Napoli”nin 24 yaşlı hücumçusu Viktor Osimeni heyətinə qatmağı hədəfləyib. Futbolçunun İtaliya komandası ilə müqaviləsi 2025-ci ilə qədər hesablanıb.

İyulun 26-da L'Équipe "PSJ"nin hücumçusunun mümkün hərəkəti müzakirə etmək üçün "Əl-Hilal" rəhbərliyi ilə görüşməkdən imtina etdiyini açıqlayıb.

Qeyd olunur ki, Mbappe Səudiyyə Ərəbistanı çempionatına keçmək variantını heç vaxt ciddi düşünməyib.

Xəbər xətti