Dəməşqdə məscidin yaxınlığında partlayış olub

19:57 - 27 İyul 2023 - DÜNYA

Dəməşqin cənubundakı Seyyid-Zeynəb şiə məscidi yaxınlığında minalanmış avtomobil partladılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sham FM radiostansiyası məlumat yayıb.

Məlumata görə, taksiyə yerləşdirilmiş partlayıcı qurğunun partlaması nəticəsində ölən və yaralananlar var. Lakin onların dəqiq sayı hələlik verilmir. Partlayışa görə heç kim məsuliyyəti üzərinə gptürməyib. 

Xəbər xətti