Kuril adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib

17:27 - 27 İyul 2023 - DÜNYA

Sakit okeanda Kuril adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, zəlzələ Kurilsk şəhərində, Yujno-Kurilsk şəhər tipli qəsəbəsində, Malokurilskoye və Burevestnik kəndlərində üç bala qədər hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.///tass

Xəbər xətti