Ukrayna Yaponiyanın zəmanəti ilə 1,5 milyard dollar yardım alıb

17:13 - 27 İyul 2023 - DÜNYA

Ukraynanın dövlət büdcəsinə 1,5 milyard dollar güzəştli maliyyə vəsaiti ayrılıb.

Ucnoqta.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, kredit vəsaitləri Yaponiya hökumətinin zəmanəti ilə Dünya Bankının trast fondu mexanizmi vasitəsilə verilir.

Bildirilir ki, cəlb olunan vəsait iqtisadiyyatın bərpasına və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə sərf olunacaq. 

Maliyyə Nazirliyi qeyd edib ki, Rusiya Federasiyasının tammiqyaslı işğalı başlayandan bəri Ukrayna Yaponiya Beynəlxalq İnkişaf Agentliyi (JICA) vasitəsilə Yaponiya hökumətindən 581 milyon dollardan çox güzəştli maliyyə alıb.

Bu il Yaponiya hökumətinin Dünya Bankının trast fondu vasitəsilə daha 2 milyard dollarlıq birbaşa büdcə dəstəyi verməsi gözlənilir.

Xəbər xətti