İraqın Ərbil vilayətində orduya məxsus helikopter qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli administrasiyadakı mənbəyə istinadən Shafaq News portalı məlumat yayıb.
Məlumata görə, beynəlxalq koalisiyaya məxsus helikopter yerli vaxtla saat 13:00-da texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə bölgənin paytaxtı Ərbilin cənub-qərbində baş verib.
Qəza nəticəsində xəsarət alanlar olub, onların sayı açıqlanmır.