Çin Filippinə birgə hərbi təlimlər keçirməyə təklif edib

15:53 - 27 İyul 2023 - DÜNYA

Çin Filippinə Cənubi Çin dənizində sülh və sabitliyi təşviq etmək üçün birgə hərbi təlimlər keçirməyə təklif edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News telekanalı məlumat yayıb.

Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Romeo Broner Çin Xalq Azadlıq Ordusunun 96-cı ildönümü münasibətilə keçirilən tədbirdə Çinin Maniladakı səfiri Huang Xi Lianın manevrlər ideyasını onunla bölüşdüyünü izah edib.

Səfir, öz növbəsində, Çinin dialoq yolu ilə əməkdaşlığın inkişafı, tərəfdaşlıq əlaqələrinin qurulması və fikir ayrılıqlarının və mübahisələrin dinc vasitələrlə həlli yolu ilə sülhün təşviq edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Xəbər xətti