Ukraynanın Cənubi Koreyadakı səfirliyinin diplomatı sərxoş halda əlbəyaxa dava edib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi günahkarı Seuldan geri çağırıb.
İyulun 26-da Koreya mətbuatı Ukraynanın Cənubi Koreyadakı səfirliyinin diplomatının sərxoş halda bar işçisinə və polisə hücum etmək ittihamı ilə yerindəcə saxlanıldığını bildirib.
Seul polisinin məlumatına görə, iyulun 25-də Ukrayna səfirliyinin 40 yaşlı nümayəndəsi hücum və ədalət mühakiməsinə mane olmaqda şübhəli bilinərək saxlanılıb.
Polis şübhəli bilinən ukraynalını yerindəcə tutaraq polis bölməsinə aparsa da, gecə saatlarında buraxıb.
Öz növbəsində, Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko bildirib ki, ukraynalı diplomat Seuldan geri çağırılıb.