Misirdə 60-dan çox adam xlor sızmasından zəhərlənib

14:08 - 27 İyul 2023 - DÜNYA

Qahirənin cənubunda yerləşən Qena şəhərində xlor qazının sızması nəticəsində azı 62 nəfər zəhərlənib, daha bir nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə xilasetmə xidməti məlumat yayıb.

Məlumata görə, sızma su qurğusunda baş verib. Qəzaya səbəb qaz balonlarından birinin yüklənmə zamanı aşması olub. Stansiya işçiləri xlor qazına məruz qalıblar.

Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Xəbər xətti