Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyquya Şimali Koreyanın Amerika pilotsuz təyyarələrinə oxşar PUA-ları göstərib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri və Rusiya naziri təqdim olunan nümunələrə, o cümlədən qitələrarası ballistik raketlərə, tanklara və zirehli texnikaya baxış keçirib.
Cənubi Koreyanın Yonhap agentliyinin qeyd etdiyi kimi, pilotsuz təyyarələrdən biri Amerikanın zərbə və kəşfiyyatçı MQ-9 Reaper, digəri isə RQ-4 Global Hawk kəşfiyyat təyyarələrinə bənzəyir. Üstəlik, bu cihaz Cənubi Koreya Hərbi Hava Qüvvələrində mövcud olan "Global Hawk"a o qədər bənzəyir ki, hər ikisi eyni vaxtda Koreya yarımadası üzərində havada olarsa, çaşqınlıq yarana bilər.
Agentlik qeyd edir ki, hətta pilotsuz təyyarələrin yan tərəfindəki nömrələr də Cənubi Koreya Hərbi Hava Qüvvələrinin dronlarına taxdığı rəqəmlərə bənzəyir.