İyunun 25-dən bəri Pakistanda musson leysanları və nəticədə daşqınlar nəticəsində azı 150 nəfər ölüb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, 300-ə yaxın adam zərər çəkib.
Bildirilir ki, ən çox zərərçəkən Pəncab əyalətində qeydə alınıb – 66 nəfər. Yağışlar və daşqınlar orada onlarla evi uçurub, təsərrüfatlara xeyli ziyan vurub. Bir çox yaşayış məntəqələrinin su altında qaldığı əyalətin paytaxtı Lahor və Ravalpindi şəhəri yağış və sel sularından ciddi şəkildə zərər çəkib.
İyul ayında ölkənin şimalındakı Hayber-Paxtunxva əyalətində yağış, torpaq sürüşməsi və ildırım çaxması nəticəsində ən azı 47 nəfər ölüb. Qərbi Bəlucistan əyalətinin və cənub-şərqindəki Sind əyalətinin kənd yerlərindən itkilər barədə xəbərlər gəlməkdə davam edir.
Hava proqnozuna görə, Pakistanda yağışlar iyulun 30-dək dayanmayacaq.