Taxıl daşıyan daha bir Türkiyə gəmisində partlayıcı maddələrin izləri aşkar edilib

11:00 - 27 İyul 2023 - DÜNYA

FSB Rusiyaya taxıl üçün gedən VMO RIVER quru yük gəmisində partlayıcı maddələrin izlərini aşkar edib.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Türkiyədən taxıl üçün Rostova gedən "WMO RIVER" quru yük gəmisidir.
“Terrorçuluq və təxribat hərəkətlərinin qarşısının alınması və naviqasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan işlər zamanı Rusiya FSB daha əvvəl partlayıcı maddələrin Ukrayna ərazisinə çatdırılması üçün istifadə oluna bilən daha bir xarici mülki gəmini müəyyən edib”, - mətbuat xidməti bildirib.
Taxıl üçün Türkiyədən Rostova gedən quru yük gəmisində onlar partlayıcı maddələrin - dinitrotoluen və trotilin izlərini aşkar ediblər.

İyun və iyul aylarında gəminin Ukraynanın Odessa vilayətindəki Reni dəniz limanına iki dəfə getdiyi bildirilir.

Gəminin Krım körpüsü altından keçməsinə qadağa qoyulması barədə qərar qəbul edilib.

Xəbər xətti