"Qarabağ" "Rakov"a məğlub oldu

00:21 - 27 İyul 2023 - İDMAN

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsində "Qarabağ" Polşa "Rakov"unun qonağı olub.

Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa təmsilçisinə məğlub olub. Belə ki, "Miejski Stadion Piłkarski"də keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 2-də keçiriləcək.

26 iyul

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

22:15. "Rakov" (Polşa) - "Qarabağ"  - 3:2

Qollar: Elvin Cəfərquliyev, 56-avtoqol (1:0), Pyasetski, 71 (2:0), Redon Cica, 73 (2:1), 75 (2:2), Sonni Kittel, 90+1 (3:2)

Baş hakim:  Lukas Fendrix (İsveçrə)

Miejski Stadion Piłkarski" stadionu

Xəbər xətti