ABŞ prezidenti Co Bayden ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsini tuta biləcək Çarlz Braunun yerinə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə general Devid Olvinin namizədliyini irəli sürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Məlumata görə, Alvinin namizədliyi çərşənbə axşamı irəli sürülüb, lakin hələlik rəsmi açıqlama verilməyib.
Çarlz Braun ABŞ Konqresinin Senatı tərəfindən təsdiqlənəcəyi təqdirdə, general Mark Milleyni MSS rəhbəri postunda əvəz edəcək.