Saakaşvili məhkəmədə iştirak edə bilməyəcək - səhhəti pisləşib

17:18 - 26 İyul 2023 - DÜNYA

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili səhhətinin pisləşməsi ilə əlaqədar Tbilisi şəhər məhkəməsinin çərşənbə günü keçiriləcək iclasında iştirak edə bilməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Vahid Milli Hərəkat" Partiyasının üzvü Sopo Caparidze məlumat verib.

"Bu gün Mixail Saakaşvilinin özü də məhkəməyə qatılmalı idi, lakin səhhəti pisləşdiyinə görə ona sedativ dərmanlarla qan köçürülür. Ümid edirəm ki, yaxın günlərdə onun parametrləri və ümumi vəziyyəti yaxşılaşacaq və o, növbəti prosesə qoşula biləcək Onun buna böyük arzusu və mübariz ruhu var”, – Caparidze öz Facebook səhifəsində yazıb.

Saakaşvilinin işi üzrə məhkəmə çərşənbə günü yerli vaxtla saat 16:00-da başlayıb, lakin açılışdan az sonra təxirə salınıb. Eks-prezidentin görüşdə iştirak edə biləcəyinə dair şübhələri daha əvvəl anası Giuli Alasania bildirmişdi. Növbəti iclas sentyabrın 20-nə təyin edilib.

Xəbər xətti