Vanuatu sahillərində 6,8 bal gücündə zəlzələ baş verib
Ucnoqta.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, Vanuatu sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Zəlzələ UTC vaxtı ilə 12.44-də Port Orlidən 83 kilometr şərqdə qeydə alınıb. Ocaq 10 kilometr dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.