Avropa İttifaqındaki Daimi Nümayəndələr Komitəsi daha sərt anti-Belarus sanksiyaları ilə bağlı razılığa gəliblər.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Avropa İttifaqı Şurasına sədrliyi Twitter-də məlumat yayıb.
"Bu gün Aİ səfirləri Belarusdakı vəziyyət və Belarusun Rusiyanın Ukraynaya təcavüzündə iştirakını nəzərə alaraq məhdudlaşdırıcı tədbirlər görməyə razılaşıblar", - nəşr yazır.
Qeyd edilir ki, tədbirlər fiziki və hüquqi şəxslərin [sanksiyalar] siyahısına daxil edilməsini nəzərdə tutur.