İyulun 26-da saat 14 radələrində Ukraynanın demək olar ki, bütün bölgələrində hava xəbərdarlığı elan edilib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, düşmən tərəfindən qanadlı raketlərin buraxılması ilə bağlı həyəcan təbili çalıb.
"Mərkəzi, şimal rayonları raket təhlükəsi ilə üz-üzədir! Qərb bölgələri raket təhlükəsi ilə üz-üzədir. Hava reydi şərqdən qanadlı raketlərin buraxılması ilə bağlıdır", - məlumatda deyilir.