Ukraynanın hava hücumundan müdafiə sistemi ən çox ehtiyac duyulan ərazilərdə gücləndiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski hava hücumundan müdafiə sisteminin gücləndirildiyini açıqlayıb.
"Bizim hava hücumundan müdafiə sistemimiz üçün gücləndirmə var. Onu indi ən çox ehtiyac duyulan yerə göndərəcəklər. Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidməti düşmənin fəaliyyəti və onun yaxın planları barədə məlumat verib”, - deyə prezident bildirib.
Bundan əlavə, Zelenskinin qeyd etdiyi kimi, görüş zamanı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bütün təmas xətti boyunca hücum və müdafiə hərəkətləri barədə məlumat verib.
"Biz öz oğlanlarımıza inanırıq. Biz işləməyə davam edirik", - Zelenski vurğulayıb.