Qurana hörmətsizliyin təkrarlanmaması üçün çalışırıq - İsveç xarici işlər naziri

13:25 - 26 İyul 2023 - DÜNYA

Qurana hörmətsizliyin təkrarlanmaması üçün çalışırıq

Ucnoqta.az xəbər verir ki, Əlcəzair Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsveç xarici işlər naziri Billström ilə Əlcəzair xarici işlər naziri Əhməd Attaf arasında telefon danışığı olduğu bildirilib. İsveç xarici işlər naziri Tobias Billström ölkəsində Qurana qarşı edilən hücumları "alçaq" adlandırıb və hökumətinin bu cür hücumların təkrarlanmaması üçün qanunları dəyişdirməyə çalışdığını bildirib.

Görüş zamanı İsveç naziri Billström ölkəsinin hökumətinin bu cür davranışın qarşısını almaq imkanlarını məhdudlaşdıran konstitusiya məhdudiyyətlərinin mövcudluğuna diqqət çəkərək, ölkəsinin “alçaq” kimi xarakterizə etdiyi bu hərəkətlərinə görə dərin təəssüfünü ifadə edib və hadisəni açıq şəkildə rədd edib.

Xəbər xətti