Rusiya Ukraynaya sərt cavab vermək hüququnu özündə saxlayır - Zaxarova

12:52 - 26 İyul 2023 - DÜNYA

Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə və Moskvaya hücum cəhdləri Rusiya hava hücumundan müdafiə qüvvələrini uğurla dəf edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Zaxarova bildirib, Ukraynanın Krımda və Moskvada törətdiyi terror aktları ilə bağlı Rusiya sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

"İyulun 17-də Krım körpüsünə hücum edilib, iyulun 24-də Ukraynaya məxsus iki pilotsuz təyyarə Moskvadakı hədəfləri vurmağa, 17 pilotsuz təyyarə Krımda obyektlərə hücum etməyə cəhd göstərib. Bu cəhdlər Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla dəf edilib. Bundan əvvəl, iyulun 20-də Ukraynaya məxsus pilotsuz təyyarə Krımın Razdolnoye kəndinə hücum etdi, təəssüf ki, itkilər oldu, 14 yaşlı qız öldü”, - diplomat qeyd edib.

"Bütün bu cinayətlər Rusiyanın İstintaq Komitəsi tərəfindən hərtərəfli araşdırılır. Cinayətkarlar mütləq müəyyən edilərək cəzalandırılacaqlar. Biz sərt cavab tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq", - Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Xəbər xətti