Portuqaliyada meşə yanğını nəticəsində 13 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Diário de Noticias” qəzeti məlumat yayıb.
Məlumata görə, xəsarət alanlar arasında 9 yanğınsöndürən də var. Yanğın çərşənbə axşamı Kaskais bələdiyyəsinin ərazisində başlayıb. Qeyd olunur ki, yanğınla mübarizəyə 600-ə yaxın insan və 180-dən çox texnika cəlb olunub.
Yanğınla əlaqədar olaraq 3 kiçik yaşayış məntəqəsinin sakinləri ehtiyat tədbiri olaraq, həmçinin yerli tinglikdən 800-dən çox heyvan təxliyə edilib. Hazırda yanğın nəzarət altına alınıb.