Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması gözlənilir
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev Dövlət Dumasında hökumət saatında bildirib. Vitali Savelyevin sözlərinə görə, Şimal-Cənub İTC-nin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb.
“Şimal-Cənub İTC-nin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb ki, bu da Rəşt-Astana dəmir yolu xəttinin çatışmayan hissəsinin tikintisi ilə bağlı təxminən 20 illik müzakirələrin nəticəsidir. Biz 2028-ci ilə qədər tam tikintini gözləyirik”, - deyə o bildirib.