Qərbi Avstraliyanın cənubundakı çimərlikdə 50-dən çox qara balina delfinləri su altında qalaraq ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qoruma və Biomüxtəliflik Departamenti məlumat verib.
Mütəxəssislər və könüllülər Chains Beach-də düşərgə qurub və daha 46 canlını xilas etməyə çalışırlar.
Qara delfinlərin böyük sürüləri Avstraliya və Yeni Zelandiya ətrafındakı sularda yaşayır. Onların iki ölkənin sahillərinə çıxarılması vaxtaşırı baş verir.