Zaporojye AES-də hər an partlayış ola bilər
Ucnoqta.az “Politico”ya istinadən xəbər verir ki, Ukraynanın energetika naziri Herman Qaluşenko qeyd edir ki, işğalçılar Ukrayna tərəfini AES-də vəziyyətin monitorinqindən tamamilə ayırıblar və buna görə də Energetika Nazirliyi stansiyada hər an partlayışın baş verə biləcəyinə əmindir.
O, həmçinin xatırladıb ki, Ukrayna Rusiya tərəfindən Zaporjye AES-nin ələ keçirilməsi ilə bağlı potensial təhlükələr barədə dünya ictimaiyyətinə dəfələrlə xəbərdarlıq edib.
Nazir əlavə edib ki, Ukrayna qoşunlarının Zaporojye bölgəsində yavaş-yavaş irəlilədiyi bir vaxtda Kiyev hakimiyyəti rusların əks-hücumun dayandırılması üçün AES-də təxribat yaratmağa cəhd edə biləcəyindən ehtiyat edir.