"İnter Mayami"nin hücumçusu Lionel Messi "Atlanta United"ə qarşı səkkiz ildən sonra ilk dəfə sağ ayağı ilə iki qol vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə TyC Sports məlumat yayıb.
36 yaşlı forvard Liqa Kubokunun qrup mərhələsi matçında klubuna "Atlanta"ya 4:0 hesabı ilə qalib gəlməyə kömək edib. Messi dubl və assist edib.
O, sonuncu dəfə 2015-ci ildə "Levante" ilə oyunda "Barselona"nın forması ilə sağ ayağı ilə dubl edib.