Şimali Koreya Pxenyanda hərbi parad keçirə bilər

08:16 - 26 İyul 2023 - DÜNYA

KXDR iyulun 27-nə keçən gecə Pxenyanda ölkədə qeyd olunan Vətən Azadlıq Müharibəsində (1950-1953-cü illər Koreya müharibəsi) Qələbə Gününə təsadüf edən hərbi parad keçirə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya hökumətindəki mənbələrə istinadən Yonhap agentliyi məlumat yayıb.

Məlumata görə, peyk görüntülərində KXDR paytaxtının mərkəzində paradın keçirilməsinə hazırlıq əlamətləri görünür. Qeyd olunur ki, parad gecə yarısı başlaya bilər. Agentlik paradda ICBM-lərin, sualtı qayıqlardan buraxılan ballistik raketlərin və taktiki nüvə silahlarının nümayiş oluna biləcəyini iddia edir.

Xəbər xətti