Ekvador həbsxanasında qarşıdurmalarda ölənlərin sayı 18-ə çatıb

23:11 - 25 İyul 2023 - DÜNYA

Ekvadorun Quayakil şəhərində həbsxanada baş verən iğtişaş nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ekvadorun baş prokuroru Twitter-də məlumat yayıb.

 Prokurorluq polis əməkdaşları da daxil olmaqla 11 nəfərin yaralandığını qeyd edib.

Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi.

İyulun 23-də Ekvadorda bir neçə həbsxanada iğtişaşlar baş verib. Beş cəzaçəkmə müəssisəsində 90-a yaxın mühafizəçi məhbuslar tərəfindən girov götürülüb.

Xəbər xətti