Ekvadorun Quayakil şəhərində həbsxanada baş verən iğtişaş nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ekvadorun baş prokuroru Twitter-də məlumat yayıb.
Prokurorluq polis əməkdaşları da daxil olmaqla 11 nəfərin yaralandığını qeyd edib.
Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi.
İyulun 23-də Ekvadorda bir neçə həbsxanada iğtişaşlar baş verib. Beş cəzaçəkmə müəssisəsində 90-a yaxın mühafizəçi məhbuslar tərəfindən girov götürülüb.