Yunanıstanın Euboea adasında yanğınlarla mübarizə apararkən qəzaya uğrayan "Canadair CL-215" təyyarəsinin hər iki pilotu həlak olub
Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, silahlı qüvvələrdə üç günlük matəm elan edilib.
"Milli müdafiə naziri Nikos Dendiasın qərarı ilə Silahlı Qüvvələr Euboea adasında fəaliyyət göstərən CL-215 yanğınsöndürmə təyyarəsinin pilotları olan Hərbi Hava Qüvvələri zabitlərinin vəfatı ilə əlaqədar üç günlük matəm (2023-cü il iyulun 25-dən 27-dək) elan edilib", - deyə nazirliyin saytında məlumat verilib.