"Canadair" tipli yanğınsöndürən təyyarə çərşənbə axşamı Euboea adasındakı Platanistos kəndi yaxınlığında yanğını söndürərkən qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ERT-1 telekanalı məlumat yayıb.
Məlumata görə, Platanistos kəndi yaxınlığında çətin əldə edilən ərazidə Canadair yanğını söndürərkən yerə çırpılıb. Xilasedicilər təyyarənin iki pilotu ilə əlaqə saxlamağa çalışırlar, lakin hələlik buna nail olmayıblar.