"Ermənistan dövlətçiliyini itirəcək, əgər ..." - Paşinyan

16:12 - 25 İyul 2023 - DÜNYA

Ermənistan uzun müddət qarşıdurma şəraitində yaşaya bilməz, çünki bu, dövlətçiliyin itirilməsinə gətirib çıxaracaq.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Ermənistanın baş nazirinin sözlərinə görə, qarşıdurma məntiqində ölkə uzunmüddətli inkişafı və təhlükəsizliyi təmin edə bilməyib və edə bilməyəcək.

"Ermənistanın uzun müddət qarşıdurma şəraitində yaşamağa imkanı yoxdur. Biz elektrik enerjisinin, çörəyin və nəqliyyatın olmadığı dövrlərə qayıtmayacağıq. Biz dövlətimizin olmadığı dövrə qayıdacayıq. Mənim dövlət başçısı kimi bu məsələni mətbuat konfransında diqqət mərkəzində saxlamağa haqqım yoxdur".

Xəbər xətti