Dövlət Duması çərşənbə axşamı keçirilən plenar iclasda çağırış yaşının 30 yaşa qədər artırılması haqqında qanun qəbul edib.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qanun hərbi xidmətə çağırış yaşı üçün 18 yaşdan 30 yaşa qədər məhdudiyyətlər müəyyən edir. Bu qaydanın 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir. Eyni zamanda, birinci oxunuşda baxılarkən layihədə hərbi xidmətin yaş həddi 21 yaşdan 30 yaşadək, o cümlədən 2026-cı ilədək hərbi yaşın aşağı həddinə keçid dövrü nəzərdə tutulub.
Dəyişikliklər ikinci oxunuşda keçid dövrü ilə yanaşı, aşağı həddinin artırılması ilə bağlı normaları da aradan qaldırıb.