Koreya Respublikası Hərbi Hava Qüvvələri və Fransa Hərbi Hava Qüvvələri çərşənbə axşamı iyulun 26-dək davam edəcək döyüş təyyarələrinin iştirakı ilə ilk birgə təlimə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bildirilir ki, hər iki ölkənin hərbi hava qüvvələri çərşənbə axşamı Seuldan təxminən 450 kilometr cənub-şərqdə yerləşən Gimhae aviabazasında iki günlük təlimlərə başlayıb. Təlim tədbirləri Koreya Müharibəsinin bitməsinin 70-ci ildönümünü qeyd edir və həmçinin guya regionda artan gərginlik və KXDR-dən gələn təhdidlər fonunda Respublika ilə Şimali Atlantika Müqaviləsi Təşkilatı arasında əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulub.
Cənubi Koreya Hərbi Hava Qüvvələri tərəfindən təlimlərdə üç "F-15K" qırıcısı və iki "F-16" qırıcısı iştirak edir, Fransa hərbçiləri isə iki Dassault Rafale qırıcısı, bir "Airbus A400M" nəqliyyat təyyarəsi və bir "A330 MRTT" çoxməqsədli tankerini yarımadaya yerləşdirib. Təlim zamanı hər iki ölkənin pilotları havada yanacaq doldurmaqla birgə uçuşlar həyata keçirəcəklər.