Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi imzalanmağa hazır deyil - Paşinyan

14:28 - 25 İyul 2023 - DÜNYA

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi imzalanmağa hazır deyil

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi hələ imzalanmağa hazır deyil. 

"Yerdən asılı olmayaraq, danışıqlar aparanlar dəyişmir. Moskvada, Brüsseldə, Vaşinqtonda danışıqlar aparan tərəf dəyişmir: Ermənistan və Azərbaycan danışıqlar aparır. Bu kontekstdə onu da deyim ki, bizə danışıqlarda uğur, danışıqlar nəticəsində əldə olunan qərarların əldə olunması lazımdır. Gündəlik, fundamental məsələlər, söhbətin məntiqi heç bir şəkildə dəyişmir" - Paşinyan qeyd edib.

Xəbər xətti