Ukrayna hərbçiləri Rusiyanın "Ka-52" helikopterini vurub

13:07 - 25 İyul 2023 - DÜNYA

Ukrayna silahlı qüvvələrinin 38-ci Əlahiddə Dəniz Briqadasının Ukrayna əsgərləri iyulun 25-də Rusiyanın Ka-52 hücum helikopterini məhv ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində məlumat paylaşılıb.

Bildirilir ki, helikopter daşına bilən zenit-raket kompleksindən istifadə edilməklə vurulub.

Baş Qərargahın məlumatına görə, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri Rusiya 310 helikopter və 315 təyyarə itirib.

Xəbər xətti