Ukrayna silahlı qüvvələrinin 38-ci Əlahiddə Dəniz Briqadasının Ukrayna əsgərləri iyulun 25-də Rusiyanın Ka-52 hücum helikopterini məhv ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində məlumat paylaşılıb.
Bildirilir ki, helikopter daşına bilən zenit-raket kompleksindən istifadə edilməklə vurulub.
Baş Qərargahın məlumatına görə, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri Rusiya 310 helikopter və 315 təyyarə itirib.