İran Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu proqram təminatında süni intellektdən istifadə edən yeni qanadlı raket qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, “Əbu Mehdi” raketinin uçuş məsafəsi 1000 km-dən çoxdur. Uçuş məsafəsinin dizaynı və idarəetmə sistemi ilə bağlı proqram təminatında süni intellektdən istifadə edən ilk uzun mənzilli qanadlı raket olduğu iddia edilir. Agentlik yazır ki, raket təbii və süni maneələri, həmçinin radar və düşmənin müdafiə obyektlərini dəf etməyə qadirdir. Coğrafi şəraitdən və müdafiə sistemlərindən asılı olaraq aşağı hündürlükdə uça bilir, trayektoriyasını və uçuş hündürlüyünü dəyişə bilir.