Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Koreya xalqının 1950-1953-cü illər müharibəsində qələbəsinin 70-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün iyulun 25-27-də Şimali Koreyaya səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 25-27 iyul tarixlərində, Şimali Koreyanınn Müdafiə Nazirliyinin dəvəti ilə, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, 1950-1953-cü illərin vətənpərvər qurtuluş müharibəsində Koreya xalqının qələbəsinin 70 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.
Nazirlikdən bildirilib ki, səfər hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olacaq.