Rusiyanın ən böyük bankları xarici valyuta qəbulunu dayandırıb

10:47 - 25 İyul 2023 - DÜNYA

Rusiyada bankomatlar dollar və avro qəbulunu dayandırıb

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sistem əhəmiyyətli 13 kredit təşkilatından 11-nin bankomatlarında dollar və avro yatırmaq imkanı yox olub.

VTB bankın mətbuat xidmətindən verilən məlumata görə, bankomat vasitəsilə hesaba dollar və avro yatırmaq mümkün deyil. Eynilə, Otkritie, Raiffeisen və Unicreditbank-ın bankomatları əməliyyatları dəstəkləmir.

Sovcombank 2022-ci il martın 10-dək xarici valyutada olan əmanətləri nağd şəkildə doldurmağın mümkün olduğunu paylaşıb. Həmçinin, "MKB", "RSHB", "PSB" və "Rosbank"ın bankomatları artıq dollar və avronun qəbulunu dəstəkləmir.

Bankomatları xarici valyutada hesabın yatırllmasını dəstəkləyən yeganə əsas kredit təşkilatları "Alfa" və "Tinkoff"dur.

Xəbər xətti