İsrail əsgərləri İordan çayının qərb sahilinin Nablus şəhərində hərbçilərə atəş açan 3 fələstinlini zərərsizləşdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl Nablusda 3 silahlı terrorçu avtomobildən ərazidə adi fəaliyyət göstərən əsgərlərə atəş açıb. Əsgərlər cavab atəşi açaraq 3 terrorçunu zərərsizləşdiriblər. Hərbçilərdən xəsarət alanlar barədə məlumat yoxdur", - deyə məlumatda bildirilir.