Meksikanın şərqindəki Verakruz əyalətində naməlum şəxslərin yolda tərk etdiyi yük maşınının qoşqusunda 130-dan çox əcnəbi miqrant tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın miqrasiya xidməti məlumat yayıb.
Qoşquya baxış keçirilərkən içərisində susuz qalmış 137 əcnəbi (116 Qvatemala və 21 Honduras vətəndaşı) aşkar edilib və onlara dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib.
Digər iki əməliyyatda miqrasiya rəsmiləri Qvatemala, Venesuela, Honduras, Kolumbiya, Ekvador və Kamerundan olan daha 119 miqrantın qarşısını alıblar. ABŞ-a gedən bütün əcnəbilər miqrantlar üçün müvəqqəti yerləşdirmə mərkəzlərinə aparılıb.