İsrail parlamenti etirazlara səbəb olan qanunun birinci hissəsini təsdiqləyib

16:58 - 24 İyul 2023 - DÜNYA

İsrail parlamenti (Knesset) məhkəmə islahatlarının birinci hissəsini təsdiqləyib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Knessetin deputatları bazar ertəsi ikinci və üçüncü oxunuşlarda müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatları çərçivəsində birinci qanun layihəsini səs çoxluğu ilə təsdiqləyiblər. 

Hakim koalisiyanı təmsil edən 120 yerlik parlamentin 64 deputatı sənədi dəstəkləyib, 56 müxalifət deputatı həlledici səsverməni boykot edərək iclas zalını tərk edib.

Xəbər xətti