İsrail parlamenti (Knesset) məhkəmə islahatlarının birinci hissəsini təsdiqləyib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Knessetin deputatları bazar ertəsi ikinci və üçüncü oxunuşlarda müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatları çərçivəsində birinci qanun layihəsini səs çoxluğu ilə təsdiqləyiblər.
Hakim koalisiyanı təmsil edən 120 yerlik parlamentin 64 deputatı sənədi dəstəkləyib, 56 müxalifət deputatı həlledici səsverməni boykot edərək iclas zalını tərk edib.