Qadınlar arasında dünya çempionatının oyununda ilk dəfə hicablı futbolçu çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında məlumat verilib.
Mərakeşin qadınlardan ibarət milli komandasının müdafiəçisi Nuhaila Benzina qrup mərhələsinin ilk turunda Almaniya yığması ilə görüşün iştirak ərizəsinə daxil edilib. İdmançı milli ilə isinmə hərəkətinə çıxsa da, qarşılaşmada meydana çıxmayıb.
Görüş 6:0 hesabı ilə Almaniyanın xeyrinə başa çatıb.